Bulud ilə eyniləşdirmə

ClearScanner məlumatlarınızı Bulud ilə sinxronlaşdırmaqla sizə sənədlərinizin ehtiyat nüsxəsini saxlamağa və cihazınızın itirilməsi halında onların bərpa edilməsinə imkan verir. O, həmçinin bütün fayllarınıza istənilən Android cihazından daxil olmağa imkan verir.


Necə eyniləşdirməli

Bunu iki yolla edə bilərsiniz:

1. Avtomatik, Avtomatik eyniləşməni aktiv etməklə.

Hər dəfə cihazdan istifadə etdikdə fayllar eyniləşəcək.
2. “İndi eyniləşdirin” düyməsinə vurmaqla əl ilə.

Ayarlar bölməsinə daxil olaraq eyniləşmənin yalnız WiFi bağlantısı ilə və ya həmçinin mobil internet trafikindən istifadə etməklə aparılacağını təyin edə bilərsiniz.


Cihazlar arası eyniləşmə

Əgər bütün cihazlarınızdakı ClearScanner tətbiqində eyni Bulud istifadəçi hesabından istifadə etsəniz bütün fayllarınız həmin cihazlarınız arasında eyniləşəcəkdir..


Buludda ClearScanner qovluğu

Sənədlərinizin Bulud xidmətində eyniləşməsindən sonra Diskdə ClearScanner qovluğu görünəcəkdir.

Bu qovluğu və daxilindəki faylları silməyin. Əks halda bütün məlumatlar itiriləcəkdir və bu tətbiqdə onları bərpa edə bilməyəcəksiniz.


ClearScanner sənədləri & qovluqların quruluşu və Bulud qovluğu

ClearScanner sənədlərinə Buludda baxdığınız zaman görəcəksiniz ki, onların düzülüşü tətbiqdə olduğu kimi deyil.

Bununla belə, müxtəlif cihazlar arasında eyniləşmə əsnasında ClearScanner tətbiqi daxilində faylların və qovluqların düzülüşü olduğu kimi saxlanılır.